Xəzər Xəbər

Azərbaycanda körpü uçdu - Kəndlə əlaqə kəsildi - VİDEO

Veb TV | 20:54 • 21 İyun 2018
Azərbaycanda körpü uçdu -

İsmayıllı rayonunun Qalacıq kəndində avtomobil körpüsünün uçması nəticəsində kəndin rayonla əlaqəsikəsilib. Hadisə yerinəAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndələri vətexnikalar cəlb olunub.Verilən məlumata görə günorta saatlarında kəndə alternativ yol düzəldilib.

Bir neçə gün əvvəl çaya gələn güclü sel nəticəsində dayaqları yuyularaq qəzalı vəziyyətə düşən körpü uçub.

Qaraməryəm-İsmayıllı avtomobil yolunun 46-cı km-dən ayrılan Sumağallı-Qalacıq yolunda olan Qalacıq çayı üzərində olan avtomobil körpüsü 1970-ci idə tikilib. Əsaslı təmir olunmadığına görə, güclü sel nəticəsində körpünün özəl dayaqları zəyifləyib.Ötən gün isə körpü uçaraq yararsız vəziyyətə düşüb.

İndi Qalacıq kəndi ilə rayon mərkəzi arasında əlaqə kəsilib. Sakinlər yalnız piyada hərəkət edə bilirlər. Kəndə giriş olan yeganə körpü uçduğuna görə avtomobillər hərəkət edə bilmir.

Hadisə yerinəAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndələri vətexnikalar cəlb olunub.Verilən məlumata görə günortasaatlarında kəndə alternativ yol düzəldilib. Körpünün yenidən qurulması və bərpasıüçün mütəxəssislər tərəfindən rəy veriləcək.

Xəbər lenti