Xəzər Xəbər

Restoranlara toy etmək üçün müraciətlər çoxalıb - VİDEO

Veb TV | 20:06 • 17 İyun 2018
Restoranlara toy etmək üçün müraciətlər çoxalıb -

Ramazan ayının bitməsi ilə toy mövsümü canlanıb.

Xezerxeber.az-ın məlumatına görə, restoranlara toy etmək üçün müraciət edənlərin sayı çoxalıb.

Paytaxtda fəaliyyət göstərən şadlıq saraylarının menecerləri deyir ki, Ramazan ayı boyunca sifarişlər qəbul ediblər. Hətta Bayram günündən toylar başlayıb və bu ay boyunca hər gün saraylarda toylar var. Boş gün tapmaq isə çətindir.

Şadlıq sarayı işlədənlər deyir ki, qiymətlərdə heç bir dəyişiklik edilməyib. Minimum menyu 30 manatdan başlayır.

Adminstratorların sözlərinə görə, menyuda da heç bir dəyişiklik yoxdur.

Artıq avqust -sentyabr ayları üçün də şadlıq saraylarında bütün günlər doludur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti