Xəzər Xəbər

Tərtərdə qəza: ölən və yaralanan var - VİDEO

Veb TV | 20:43 • 16 May 2018
Tərtərdə qəza:

Tərtərdə yol qəzası baş verib. 2 avtomobilin toqquşduğu qəzada sürücülərdən biri ölüb, digəri isə yaralanıb. Bərdədə isə sərnişin qatarı traktola toqquşub. Nəticədə 3 nəfər xəsarət alıb, onlardan birinin ayaqları amputasiya olunub.

2 avtomobilin toqquşması ölümlə nəticələnib.

Hadisə Tərtərdə olub. Şirxax qəsəbəsində iki minik avtomobili toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü Mehdi Musatefayev və Mehman Əsədov ağır xəsarətlər alıblar. Yaralılar xəstəxanaya çatdırılsa da, onlardan Mehman Musatefayevin həyətını xilas etmək mümkün olmayıb. Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bərdədə isə sərnişin qatarı traktola toqquşub. Hadisə Bakı-Xankəndi dəmiryol xəttinin Bərdə rayonunun Həsənqaya kəndindən keçən hissəsində qeydə alınıb. Tərtərin Küçərli dəmir yol stansiyasından Bakıya gedən sərnişin qatarı yolun mühafizə olunmayan hissəsindəki keçiddə "Belarus" markalı traktorla toqquşub. Qatar gələn vaxt traktor qoşqusu ilə birlikdə dəmir yolu xəttini keçirmiş. Toqquşma nəticəsində 3 nəfər xəsarət alıb. Xəsarət alanlar traktorda olan Bərdə rayonu Nazırlı kənd sakinləri - 43 yaşlı Zabil Bağırov, onun qardaşı 49 yaşlı Qabil Bağırov və Şatırlı kənd sakini 30 yaşlı Fəxri Quliyevdir. Xəsarət alanlar təcili tibbi yardım avtomobili ilə dərhal Bərdə mərkəzi rayon xəstəxanasına aparılıb. Traktorun sürücüsü Zabil Bağırovun ayaqları amputasiya olunub.

Xəbər lenti