Xəzər Xəbər

Biləsuvarda ŞOK HADİSƏ şagird getdiyi yerdə qəfildən dünyasını dəyişdi - VİDEO

Veb TV | 17:35 • 16 May 2018
Biləsuvarda ŞOK HADİSƏ

Biləsuvarda şagird məktəbdə dünyasını dəyişib.

Hadisə rayonun Dövrüşlü kənd orta məktəbində baş verib.

Amankənd kəndindən olan 6 -cı sinif şagirdi Elyar Hüseyinlinin qəfildən halı pisləşib və nəticədə o, dünyasını dəyişib.

Məktəbdən verilən məlumata görə şagird qıcolmadan dünyasını dəyişib.

Məlumata görə mərhum anadangəlmə epilepsiya xəstəliyindən əziyyət çəkirmiş. Onun iki azyaşlı qardaşı da məhz bu xəstəlik səbəbindən uzun müddət əvvəldünyasını dəyişib. Faktla bağlı Biləsuvar rayon prokurorluğunda araşıdrma aparılır.

Xəbər lenti