Xəzər Xəbər

Çində qadının başına göydən it düşdü İnanılmaz VİDEO

Veb TV | 12:34 • 25 Aprel 2018
Çində qadının başına göydən it düşdü

Çinin Quandun əyalətinin Quan-Çjou şəhərində qeyri-adi hadisə baş verib.

Rəfiqəsiylə yaşadığı binaya girməyə hazırlaşan gənc qadının başına göydən it düşüb.

Səmadan yerə atılan köpəklə toqquşmuş qadın özündən gedib, it də bir-iki ağız hürməklə qaçıb aradan çıxıb.

Qadın xəstəxanaya aparılıb, polis isə pəncərədən atıldığı güman edilən itin sahibini müəyyənləşdirmək üçün hadisəyə yerinə gəlib./Teleqraf.com

Xəbər lenti