Xəzər Xəbər

Rusiyada helikopter qəzası: 6 ölü - VİDEO

Veb TV | 12:21 • 11 Aprel 2018
Rusiyada helikopter qəzası:

Rusiyanın Xabarovsk şəhərində "Mi-8” tipli helikopterin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb.

İnsident yerli vaxtla 11.30-da (Bakı vaxtı ilə 05.30-da) baş verib.

İlkin məlumata görə, qəza nəticəsində helikopterin göyərtəsində olan 6 şəxs ölüb. Hadisə yerində yanğın baş verdiyi bildirilir.

Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb edilib.

Faktla bağlı cinayət işi başlanıb./publika.az


Xəbər lenti