Xəzər Xəbər

Novruz ənənələri: Qəbir üstündə Novruz xonçası - VİDEO

Veb TV | 20:54 • 21 Mart 2018
Novruz ənənələri:

Qəbir ziyarəti novruz bayramının ən qədim adətlərindəndir. Bu adət hələ də unudulmayıb. İnsanlar bu bayramda yaxınlarının qəbirini ziyarət etmək üçün qəbirstanlıqlara üz tutub, onların ruhuna dualar oxuyublar.

Qəbirlərin üzərinə kimisi səməni qoyub. Kimisi isə qərənfillər düzüb. Başqaları isə qəbirin üzərini silir və əllərini açaraq rəhmətə gedənlərinin ruhu üçün dua oxuyurlar. Görüntülər Yasamal qəbirstanlığındandır.

Bundan başqa qəbirstanlıqda bu gün mollaların da sayı çox idi. İstəyən hər kəs rəhmətə gedənləri üçün dua oxutdururdu

Qeyd edək ki, milli bayramlarda, xüsusən də novruz bayramı günlərində yaxınların qəbirlərini ziyarət adətinin tarixi ta qədimlərə dayanır. Görünən isə odur ki, insanlar hələ də bu adəti unutmayıblar. Əksinə bayramı fürsət bilib onların qəbirlərini ziyarət edib, dualar oxutdururlar.

Xəbər lenti