Xəzər Xəbər

Fotostudiyalara müraciət kəskin azalıb - VİDEO

Veb TV | 20:33 • 10 Mart 2018
Fotostudiyalara müraciət kəskin azalıb -

Bir zamanlar fotostudiyalarda şəkil çıxartdırmaq üçün yaranan uzun növbələrə indi rast gəlinmir.

Xezerxeber.az-ın məlumatına görə, çünki fotostudiyalara müraciət edənlərin sayı xeyli azalıb.

Uzun illərdir foto və video işi ilə məşğul olan Vüqar Məmmədov deyir ki, telefonların kameraları təkmilləşdirildikcə fotostudiyalara tələbat daha da azalır. Üstəlik, insanlar artıq şəkilləri elektron daşıyıcıda saxlamağa üstünlük verirlər.

Texnikanın inkişafı köhnə lentlə işləyən fotoaparatları da sıradan çıxarıb. Əvvəllər 36 kadrlıq lentlərdəki şəkilləri uzun müddət saxlamaq mümkün olmurdusa, indi istənilən fotonu elektron formatda illərlə saxlamaq mümkündür.

Fotostudiya sahiblərinin sözlərinə görə, şəkil çıxartdırmaq üçün gün ərzində bir-iki nəfər müraciət etsə də, sənəd üçün fotoşəkil çəkdirənlər çoxdur.

İnsanlar isə telefon və sosial şəbəkələrin fotostudiyaları əvəz etdiyini düşünürlər.

Foto çap qiymətləri isə kağızın ölçüsündən asılı olaraq, 30 qəpik və 25 manat arasında dəyişir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti