Xəzər Xəbər

Azərbaycan XİN: 'İşğal faktı təhlükəsizlik üçün başlıca təhdiddir' - VİDEO

Veb TV | 20:55 • 16 Fevral 2018
Azərbaycan XİN:

"Ermənistanın güc tətbiq edərək Azərbaycan ərazilərinin işğalını davam etdirməsi beynəlxalq sülh və təhlükəsizlik üçün başlıca təhdiddir". Bu fikirləri Amerika Birləşmiş Ştatları Milli Kəşfiyyat İdarəsinin 2018-ci ildə Dağlıq Qarabağda genişmiqyaslı hərbi əməliyyatların başlaya biləcəyinə dair proqnozunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev şərh edərkən bildirib. Nazirlik nümayəndəsi Rusiya xarici işlər nazirliyinin rəsmisi Mariya Zaxarovanın fikirlərinə də münasibət bildirib.

Xarici işlər nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ABŞ Senatına təqdim olunmuş "Dünya üzrə təhdidlərin qiymətləndirilməsi" adlı hesabatda Ermənistan-Azərbaycan, Daglıq Qarabag münaqişəsi ilə əlaqədar əks olunmuş məsələlərə münasibət bildirib.

Hikmət Hacıyevin sözlərinə görə,"Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistanın güc tətbiq edərək Azərbaycan ərazilərinin işğalını davam etdirməsi beynəlxalq sülh və təhlükəsizlik üçün başlıca təhdid olaraq qalır".

Hikmət Hacıyev bildirib ki,Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlaması, işğal olunmuş ərazilərdə qeyri-qanuni əməllərini davam etdirməsi şəraitində sülhdən danışması açıq riyakarlıq, məsuliyyətsizlik və qeyri-ciddi yanaşmadır. Hesabatda qeyd olunub ki, Dağlıq Qarabağ ətrafında gərginlik 2018-ci ildə Ermənistanla Azərbaycan arasında genişmiqyaslı hərbi münaqişəyə səbəb ola bilər.

Hikmət Hacıyev həmçinin Rusiya Xarici işlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Prezident İlham Əliyevin azərbaycanlıların öz tarixi torpaqlarına qayıtması ilə baglı fikirlərinə sərgilədiyi yanaşmanı da şərh edib. Müvafiq beynəlxalq təşkilatlarda Azərbaycan xalqının öz doğma torpaqlarına, daimi yaşadığı yerlərə qayıtmasının təmin olunması fundamental hüquqlardan biri kimi təsbit olunub.

XİN rəsmisinin sözlərinə görə, məsələyə münasibət bildirərkən onun mahiyyəti dəqiq öyrənilməli təhriflər və dezinformasiyalara deyil, bilavasitə ilkin autentik mənbəyə istinad edilməlidir.


Xəbər lenti