Xəzər Xəbər

TƏKLİF: Bakının bu qəsəbələri şəhər olsun - VİDEO

Veb TV | 20:56 • 16 Fevral 2018
TƏKLİF:

Bakı və Abşeronda bəzi qəsəbələrin şəhərə çevrilməsi təklif edilir.Coğrafiya Institutunun şöbə müdiri Zakir Eminov bildirib ki, Əhmədli, Keşlə, Bakıxanov, Qaraçuxur qəsəbələrinin mikrorayona çevrilməsi daha düzgündür. 3 qəsəbənin isə şəhərə çevrilməsi təklif edilir.

Bakıda bəzi qəsəbələrin mikrorayona, Abşeronda isə şəhərə çevrilməsi təklif edilir.

Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun şöbəsi müdiri Zakir Eminov bildirib ki, əhmədli, Keşlə, Bibiheybət, Bakıxanov, Qaraçuxur qəsəbələrinin mikrorayona,Ələt, Sahil, Hövsan qəsəbələrinin isə şəhərə çevrilməsi daha düzgündür.

Zakir Eminovun sözlərinə görə Abşeronun təbii, iqlim, torpaq şəraitinə görə bu qəsəbələr ətrafında kənd təsərrüfatını inkişaf etdirmək qeyri-mümkündür. Buna görə də respublikanın bir çox qəsəbələrinə şəhər statusu verilməlidir. Ümumiyyətlə, respublikanın yaşayış məntəqələrinin statusuna yenidən baxılması vaxtı çoxdan çatıb.

Hazırda Azərbaycanda 230-dan çox qəsəbənin olduğunu deyən Zakir Eminov qeyd edib ki, qanunvericiliyə görə qəsəbənin əhalisinin sayı 15 min nəfərə çatarsa, ona şəhər statusunun verilməsi məsələsinə baxıla bilər.


Xəbər lenti