Xəzər Xəbər

Gənclər İlham Əliyevin namizdəliyini dəstəkləyir VİDEO

Veb TV | 20:56 • 12 Fevral 2018
Gənclər İlham Əliyevin namizdəliyini dəstəkləyir

''Azərbaycan gənclərinin prezidentliyə yeganə namizədi İlham Əliyevdir''. Bu fikir bu gün keçirilən ''Prezident seçkilərində gənclərin və idmançıların namizədinin dəstəklənməsinə həsr olunmuş respublika toplantısı''nda azərbayanlı gənclərin adından səsləndirilib. Toplantıda ölkəmizin müxtəlif regionlarını təmsil edən gənclər iştirak edib.

Azərbaycanın müxtəlif regionlarını təmsil edən 3000-dən çox gənc prezident seçkilərindəki namizədlərini dəstəkləmək üçün bir araya toplaşdı.

Bu gün ''Prezident seçkilərində gənclərin və idmançıların namizədinin dəstəklənməsinə həsr olunmuş respublika toplantısı'' adlı tədbir keçirilib. Toplantıda iştirak edən gənclər bu il keçiriləcək prezident seçkilərində də onlara hər cür şərait yaradan prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bildiriblər.

Toplantıda uğur qazanmış gənclər və idmançıların çıxışları dinlənilib. Çıxışçılar keçdikləri həyat yolundan və onlar üçün yaradılan şəraitdən geniş şəkildə bəhs ediblər.

Daha sonra Azərbaycanın hər iqtisadi regionundan bir gənc çıxış edib, regionların inkişafından, gənclərə qayğıdan, Azərbaycanda gənclərlə bağlı həyata keçirilən xüsusi dövlət proqramlarından söz açıb, region gənclərinin prezident seçkilərində İlham Əliyevə səs verəcəklərini bildiriblər.


Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024

Çox oxunanlar