Xəzər Xəbər

Ağdamda bir ailənin 7 üzvü qidadan zəhərlənib - VİDEO

Veb TV | 19:24 • 21 Yanvar 2018
Ağdamda bir ailənin 7 üzvü qidadan zəhərlənib -

Bir ailənin 7 üzvü turşudan zəhərlənib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Ağdam rayonunda baş verib. Araşdırma zamanı məlum olub ki, ailə üzvləri ad günü məclisində evdə hazırlanmış xiyar və pomidor turşusu yeyiblər. Xəstəxanaya müraciət etsələr də, turşu yediklərini bildirməyiblər. Vəziyyətləri ağırlaşan 31 yaşlı Əsmər Cabbarova , 29 yaşlı Elnaz İsmayilova, 28 yaşlı Aygün Cabbarova, 30 yaşlı Rahib Cabbarov, 10 yaşlı Nərmin Cabbarova, 6 yaşlı Mafizə Cabbarova və 3 yaşlı Rahil Cabbarov iki təcili-tibbi yardım maşını ilə Bakı şəhər Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ağdam rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Rəhman Məmmədov bildirib ki, ailə üzvlərindən 34 yaşlı Emin Cabbarov və onun 6 yaşlı qızı Mafizə Cabbarovanın vəziyyəti ağırdır. Emin Cabbarovun vəziyyəti ağırlaşdığından botulizm diaqnozu ilə Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə köçürülüb. Hadisə ilə bağli hüquq-mühafizə orqanlarına məlumat verilib. Araşdırma başlanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti