Xəzər Xəbər

Gözəlliyi ilə Türkiyəni fəth edən azərbaycalı aktrisadan İNANILMAZ ETİRAF - VİDEO

Veb TV | 18:04 • 11 Dekabr 2017
Gözəlliyi ilə Türkiyəni fəth edən azərbaycalı aktrisadan

Gözəlliyi və istedadı ilə Türkiyəni fəth edən azərbaycalı aktrisa Nəsrin Cavadzadə açıqlamarıyla gündəmi zəbt edib.

Nəsrin Cavadzadə evlənməyi düşünmədiyini bildirib.

Builki Beynəlxalq Antalya Film Festivalına cəsarətli geyimi ilə damğa vuran 35 yaşlı ulduz özünün çox çətin qadın olduğunu vurğulayıb: "Keçən il beynəlxalq bölmənin münsif üzvlərindən biri mən idim. 10 ildir ki, Antalya Film Festivalında iştirak edirəm. Gələn il nə münsif üzvüyəm, nə də filmim var. Utanmaz kimi əlimi, qolumu yelləyərək gəldim. Divalığımın kefini çıxardıram. Evlilik nəzərdə tutmamışam. Çünki divaları xoşbəxt etmək çətindir. Diva olduğum üçün məni qane etmək qəliz məsələdir".

Antalya Film Festivalında qırmızı xalça üçün cəlbedici paltar seçən aktrisa geyimi haqqında bunları deyib: "Məncə, qırmızı xalçada çox təmtəraqlı görünməlisən. Dünyadakı bütün starlar, o günə əvvəlcədən hazırlanır. Dizaynerlər ulduzları geyindirmək üçün yarışırlar. Nədənsə bircə bizdə elə olmur. Geyimim istədiyim fasonda hazırlanır. Ancaq saç və makiyajı özüm edirəm”./publika.az


Xəbər lenti