Xəzər Xəbər

Bakıda zavodda partlayış: Ölən var - VİDEO

Veb TV | 20:49 • 20 Noyabr 2017
Bakıda zavodda partlayış:

Səhər saatlarında Bakıda partlayış olub. Metal qəbulu məntəqəsində baş verən hadisə zamanı bir nəfər işçi ölüb.

Metal qəbulu məntəqəsində partlayış olub. Hadisə səhər saatlarında paytaxtın Qaradağ rayon Lökbətan qəsəbəsində baş verib.

Türkiyəli iş adamına məxsus metal qəbulu məntəqəsində qəfildən partlayış olub. Hadisə zamanı məntəqədə işləyən 50 yaşlı Bəhman Məmmədov ölüb. Hadisədən sonra əraziyə rayon polis və prokurorluq orqanlarının əməkdaşları, o cümlədə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib.

Dəmir parçalarının arasında qalan Bəhman Məmmədovun cəsədi çıxarılaraq rayon məhkəmə tibbi ekspertiza və pataloji anatomiya birliyinə aparılıb.

Məlumata görə, Bəhman Məmmədov metalları çeşidləyərkən onların arasında olan hərbi sursatlardan birinə toxunub. Elə partlayış da bu zaman baş verib. Buna görə də hadisə yerinə ''ANAMA''nın bir qrup əməkdaşı da cəlb edilərək araşdırmalara başlayıblar. Faktla bağlı Qaradağ rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq davam edir.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024