Xəzər Xəbər

Qaxda mağaza yandı VİDEO

Veb TV | 20:46 • 20 Noyabr 2017
Qaxda mağaza yandı

Qaxda güclü yanğın baş verib.

Hadisə axşam saatlarında Qax şəhəri Üzeyir Hacıbəyov küçəsində yerləşən, Baba Məmmədova məxsus mağazada qeydə alınıb.

Yanğın zamanı ümumi sahəsi 80 kv.metr olan qarışıq mallar mağazasının anbarında və mağazanın içərisindəki olan malların çox hissəsi yanıb.

Hadisə yerinə Qax rayon yanğından mühafizə xidmətinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanan mağazanın dam örtüyü, malların bir qismi və ətrafdakı 10 mağaza yanğından mühafizə olunub.

Obyekt sahibinin sözlərinə görə, yanğın zamanı ona təqribən 200 min manata yaxın ziyan dəyib.

İlkin ehtimallara görə, yanğının başladığı yer mağazanın anbarı olub. Anbardakı elektrik naqillərinin əriməsi sonradan güclü yanğına səbəb olub.

Hazırda Qax yanğından mühafizə hissəsində araşdırma aparılır.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024