Xəzər Xəbər

Astarada dağ uçdu, qaya parçaları yolu bağladı VİDEO

Veb TV | 20:44 • 20 Noyabr 2017
Astarada dağ uçdu, qaya parçaları yolu bağladı

Astaranın dağ kəndlərinə çəkilən yeni yol boyunca sürüşmə aktivliyi artıb. Dağdan lay torpaq qatı və daş parçaları sürüşərək yola düşüb. Sürüşmə nəticəsində irigövdəli ağaclar da aşıb. Yolda hərəkət qismən məhdudlaşıb.

Astara rayonunun ucqar dağ kəndlərinə gedən Təxtənəkəran-Toradi avtomobil yolunda 12-13 yerdə sürüşmə baş verib.

Bu yoldan Astaranın, Hamuşam, Əsxənəkəran, Motlayataq Toradi kəndinin əhalisi istifadə edir. Dağdan lay torpaq qatı və daş parçaları sürüşərək yola düşüb. Sürüşmə nəticəsində irigövdəli ağaclar da aşıb.

Uzun illərdən sonra yeni yol çəkilərkən layihəyə uyğun bir neçə yerdə suötürücü boru qoyulub. Lakin sel güclü olduğundan həmin borular suyu tam ötürə bilməyib. Nəticədə torpaq qatı ilə bərabər, asvalt örtüyü də yuyulub.

Ərazidə olan Əsxənəkəran kənd icra nümayəndəsinin müavinin Xurşud Teymurovun verdiyi məlumata görə suötürücü boruların əvəzinə yeni körpülərin qoyulması üçün əraziyə aidiyyatı qurumalrın əməkdaşları baxış keçirib. Yeni körpülərin salınması yaxın günlərdə nəzərdə tutulub.

Xəbər lenti