Xəzər Xəbər

“Mayestro”nu da “itirdik” VİDEO

Veb TV | 16:08 • 7 Noyabr 2017
“Mayestro”nu da “itirdik”

İtaliya futbolunun əfsanəvi futbolçularından biri, "Mayestro” ləqəbli Andrea Pirlo karyerasını başa vurduğunu açıqlayıb.

38 yaşlı italyan pleymeyker bu barədə "Tvitter” hesabında yazıb:

"MLS-də son oyunum. "Nyu-York Siti” karyeram da beləcə sona çatır. Odur ki, ürəyimdə olanları demək istəyirəm. Bu gözəl şəhərdə xoş münasibətə və dəstəyə görə, hər kəsə təşəkkür edirəm. Fantastik azarkeşlərimizə təşəkkür edirəm. Məşqçilər korpusuna və komanda yoldaşlarıma təşəkkür edirəm. Təkcə Nyu-York macəram yox, ümumiyyətlə, futbolçu karyeram sona çatır. Bu üzdən fürsətdən istifadə edib, həmişə mənim yanımda olan, mənə dəstək verən ailəmə, övladlarıma təşəkkür etmək istəyirəm. İndiyədək oynadığım komandalardakı yoldaşlarıma minnətdarlıq edirəm. Karyeramın parlaq alınmasında əməyi keçən hər kəsə sonsuz təşəkkürlərim var”.

"Milan” və "Yuventus”un sabiq futbolçusu 2015-ci ilin yayında "Nyu-York Siti”yə qoşulmuşdu. İtaliya millisində 116 oyun keçirən Pirlo 6 dəfə A seriyasının, iki dəfə Çempionlar Liqasının qalibi olub. Həmçinin onun aktivində İtaliya millisi ilə 2006-cı ildə dünya çempionluğu da var./publika.az


Xəbər lenti