Xəzər Xəbər

Xaçmazda məktəbli bıçaqlanıb

Region | 12:13 • 4 İyun 2024
Xaçmazda məktəbli bıçaqlanıb

Xaçmaz rayonunda bıçaqlanma hadisəsi baş verib.

Xezerxeber.az xəbər verir ki, rayonun Ləcət kənd orta məktəbinin 11-ci sinif şagirdi olan A.B.-nin sinif yoldaşı D.R.-yə bıçaqla xəsarət yetirdiyi bildirilir.

Məktəbli Xaçmaz xəstəxanasına yerləşdirilib.

DİN-in mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov bildirib ki, hadisə ilə bağlı Xaçmaz Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Müvafiq ekspertiza təyin edilib. Hazırda RPŞ-nin istintaq bölməsində zəruri araşdırmalar aparılır.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024