Xəzər Xəbər

Urmu gölü fəlakəti insanlara da çatdı VİDEO

Veb TV | 16:13 • 19 Oktyabr 2017
Urmu gölü fəlakəti insanlara da çatdı

Uzun illərdir böhran içində olan Urmu gölünün İslami (Şahi) adasında vəziyyət olduqca gərgindir.

İslami ada Urmu gölündə yaşayış olan yeganə adadır. Bu adada Gəmiçi, Saray, Ağ Günbəd, Buraçalı, Teymurlu, Qıpçaq və Reyhanabad (Bəhramabad) adlı 7 kənd var. Urmu gölünün quruması İslami ada və ətraf ərazilərdə yerləşən bütün kəndlərdə ətraf mühitə ciddi ziyan vurub.

Saray kəndi sakininin İslami adada yaşanan problemlər haqda açıqlamaları video şəklində yayılıb. Yerli mətbuat videonun bir azərbaycanlı xanım tərəfindən hazırlandığını bildirib.

"İslami adada vəziyyət olduqca gərgindir. Sakinlər dəri xəstəlikləri, quraqlıq, otlaq və meşələrin quruması və iqtisadi problemlərdən əziyyət çəkirlər. Duz fırtanaları məntəqənin ağaclarını məhv edir, uzun illər boyu məntəqə əhalisinin zəhməti hesabına əmələ gələn meşələr qısa müddətdə sıradan çıxır”, - deyə videoda qeyd olunur./Teleqraf.com


Xəbər lenti