Xəzər Xəbər

Xaçmaz sakininin Saatlıdakı alveri baş tutmadı POLİS QOYMADI - VİDEO

Veb TV | 20:35 • 11 Oktyabr 2017
Xaçmaz sakininin Saatlıdakı alveri baş tutmadı

Saatlıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Hadisə Saatlı şəhərində qeydə alınıb.

Belə ki, rayon polisinin keçirdiyi əməliyyat tədbirləri zamanı Xaçmaz rayon sakini, 54 yaşlı Orucağa Mirzalıyev şübhəli şəxs qismində saxlanılıb.

Üzərinə keçirilən baxış zamanı 3 kiloqramdan çox narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb. İlkin dindirilmə zamanı məlum olub ki, o, narkotik vasitəni Gəncədən istintaqa hələlik məlum olmayan mənbədən əldə edib və satmaq məqsədilə Saatlıya gətirib.

Saxlanılan şəxsin əvvələr də dəfələrlə məhkumluq həyatı yaşadğı bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Xəbər lenti