Xəzər Xəbər

Neymarın yeni "kabus"u - "PSJ"də liderlik savaşı - VİDEO

Veb TV | 14:02 • 18 Sentyabr 2017
Neymarın yeni "kabus"u -

Fransa liqində "PSJ" doğma divarlar arasında 2:0 qalib gəldiyi "Lion" matçı zamanı klub daxilində "liderlik savaşı"nı gizlədə bilməyib.

"Parislilər"in uruqvaylı forvardı Edinson Kavani on bir metrlik zərbəni yerinə yetirməyə hazırlaşarkən komanda yoldaşı Dani Alveş topu ondan alaraq Neymara uzadıb. Kavani Alveşin bu hərəkətinə qəzəblənib. "PSJ"nin uruqvaylı ulduzu topu Neymara verməyib və penaltini özü yerinə yetirib. Kavaninin zərbəsi tirdən qayıdıb.

6-da 6 edərək çempionluq yolunda əla başlanğıca imza atan "PSJ"nin baş məşqçisi Unay Emeri"eqo savaşında" olaya müdaxilə edərəkpenal və cərimə zərbələrini hansı futbolçunun vurmağı haqda bir qərar verməzsə, bu xəmir çox su aparacaq kimi görünür./milli.az


Xəbər lenti