Xəzər Xəbər

Qubada alma bağlarına xəstəlik düşüb VİDEO

Veb TV | 20:49 • 18 Avqust 2017
Qubada alma bağlarına xəstəlik düşüb

Qubada bağlara dəmgil xəstəliyi düşüb. Xəstəlik məhsuldarlığa ciddi zərər vurur. Dərmanlama işləri isə heç bir nəticə vermir.

Alma bağlarına xəstəlik düşüb. Qubada dəmgil xəstəliyi məhsuldarlığa ciddi təsir edib.. Bağların 70%-nə bu xəstəlik düşüb.

Təsərrüfat sahibləri deyir ki, xəstəlik səbəbindən meyvəni normal qiymətə sata bilməyəcəklər. Xəstəliyə düçar olan meyvəni emal zavodlarına aşağı qiymətə verməli olacaqlar.

Bağbanlar bildirirlər ki, bağları 13-14 dəfə dərmanlasalar da, heç bir nəticəsi olmayıb. Bunu da dərmanların keyfiyyətsizliyi ilə əlaqələndirirlər.

Mütəxəssislər isə bildirirlər ki, bağlarda xəstəliyin bu cür yayılmasının səbəbi dərmanlama işlərinin kompleks şəkildə aparılmamasıdır. Yəni, bağlaradan biri düzgün dərmanlanmasa xəstəlik digər bağlara da yayılır.

Dərmanların seçimi zamanı da mütəxəssislərlə məsləhətləşmək vacibdir. əks halda bunun da heç bir effekti olmaz.


Xəbər lenti