Xəzər Xəbər

Goranboyda dəhşət: "Bacımı itin yerinə bağlayıb..." - VİDEO

Veb TV | 20:54 • 11 Avqust 2017
Goranboyda dəhşət:

Goranboyda ər ayrı yaşadığı həyat yoldaşını döyərək ağır xəsarət yetirib. Qadının yaxınlarının sözlərinə görə, onlar arasında həmişə münaqişə yaşanıb və həyat yoldaşı ona ağıla gəlməz işgəncələr verib. Ən dəhşətlisi isə budur ki, ər arvadını həyətdə saxladığı itin yerinə bağlayıb.

Eşidənləri heyrətə gətirən bu işgəncələri ər öz həyat yoldaşına edib...

Dəhşətli hadisə Goranboyun Xınallı kəndində baş verib. Səhər saatlarında qardaşının adını daşıyan bulaqdan su götürməyə gedən 37 yaşlı Samirə Nəbiyeva ayrı yaşadığı həyat yoldaşı, 41 yaşlı Amil Abdullayevlə rastlaşıb. Bu zaman onlar arasında mübahisə yaşanıb. Dava zamanı Amil Abdullayev şüşə butulkanı sındıraraq həyat yoldaşının başına, üzünə və əllərinə çoxlu zərbələr endirib. Ağır bədən xəsarətləri alan qadın xəstəxanaya çatdırılıb.

3 uşaq anası olan Samirə Nəbiyevanın yaxınlarının sözlərinə görə, cütlük arasında dava-dalaş tez-tez baş verirmiş. Elə buna dözməyən Samirə Nəbiyeva 8 ay əvvəl atası evinə qayıdıb. Amma tərəflər arasında rəsmi boşanma olmayıb.

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Xəbər lenti