Xəzər Xəbər

Qobelen: Hiss və duyğular sənəti - VİDEO

Veb TV | 20:50 • 11 Avqust 2017
Qobelen:

Xalçaçılığın bir növü olan qobelen sənətindən danışmaq istərdik. XII əsrdən bəri bütün dünyada məşhur olan qobelen, qədim xalq mədəniyyətinə aid süjetli xalça sənətidir. Və kübarlığın rəmzi hesab olunur. Qədim xalq mədəniyyətimizin incisi olan bu sənət unudulmaq üzrədir. Gənc bir xanım isə bu sənəti nəsildən-nəsilə ötürmək istəyir. Bu na görə də qobeleni azyaşlı uşaqlara öyrədir.

Hiss və duyğuların sənəti olan Qobelen unudulmaq üzrədir.

XII əsrdən bəri bütün dünyada məşhur olan Qobelen, qədim xalq mədəniyyətinə aid süjetli xalça sənətidir. Kübarlığın rəmzi hesab olunan sənətlə indi barmaqla sayılacaq qədər adam məşğul olur. Onlardan biri də Əzizə Mustafazadədir.

Xalçaçı Əzizə Mustafazadə 12 yaşından bəri bu işlə məşğul olur. Uşaqları da bu sənətə yiyələndirir ki, Qobelen mədəniyyəti unudulmasın.

Daha çox qadınların bu sənətə marağı böyükdür. Qobelen vasitəsilə evdə oturaraq rahatca pul qazanmaq olar.

Qobelen əşyalar bir vaxtlar saraylara, qəsrlərə ecazkar gözəllik bəxş etdiyi üçün ona maraq böyük olub. Əzizə Mustafazadə inanır ki, qobelenə olan marağı qoruyub saxlaya biləcəklər.


Xəbər lenti