Xəzər Xəbər

Dəm qazı zəhərlənmələrinə qarşı yeni kəşf: Daha heç kim ölməyəcək - VİDEO

Veb TV | 16:14 • 18 May 2017
Dəm qazı zəhərlənmələrinə qarşı yeni kəşf:

Tez-tez xəstəxanalar dəm qazından zəhərlənmə diaqnozu ilə xəstələr daxil olur. Əsasən qış aylarında insanların istifadə etdiyi sobalar ciddi həyat təhlükəsi yaradırlar. Türkiyənin Anadolu liseyinin şagirdləri buna çarə tapıb.

İrem Eylül Kutlu və Sıla Nur Ərtoğrul "Pərvanələr fırlansın, həyat davam etsin" şüasır altında yeni icadlarını təqdim ediblər.

Qızlar dəm qazından zəhərlənmə hallarının qarşısını almaq üçün günəş enerjisi ilə işləyən xüsusi qurğu düzəldiblər. Onların sözlərinə görə, gün ərzində akkumlyator günəş enerjisi ilə dolur və gecə boyunca bu enerji pərvanələrə ötürülərək onları işə salır.

Pərvanələr fırlandıqca sobadakı qazı çölə ötürür. Bununla da gecə dəm qazının evə dolma riski və zəhərlənmə ehtimalı xeyli azalır.

Layihədə qızlara köməklik göstərən müəllim Ali Ərdal deyib ki, elmi sərgidə nümayiş etdirilən qurğu inkişaf etdirilərsə, uğurlu nəticələr əldə oluna bilər./Publika.az


Xəbər lenti