Xəzər Xəbər

Trampın mikrafonu açıq qaldı: Qılınc söhbətini hamı eşitdi - VİDEO

Veb TV | 16:02 • 18 May 2017
Trampın mikrafonu açıq qaldı:
ABŞ prezidenti Donald Tramp Sahil Təhlükəsizlik Akademiyasının buraxılış mərasimində iştirak zamanı yenə diqqət mərkəzinə düşüb. Belə ki, Ağ Ev rəhbəri ilə daxili təhlükəsizlik naziri Con Kelli arasında polemika medianın diqqətindən yayınmayıb.

Mərasimdə iştirak edən ABŞ prezdenti tələbələr qarşısında çıxış etdikdən sonra ona qılınc hədiyyə olunub. Tramp qılıncı qəbul etdikdən sonra şəkil çəkdirərək yerinə əyləşib. Elə bu vaxt nazir Kelli Trampa müracəit edərək, "İstəsəz, o qılıncı mətbuatın üzərində istifadə edə bilərsiz, cənab" deyərək zarafat edib. Tramp da gülərək, "Bəli",- deyə cavab verib./faktxəbər

Xəbər lenti

Çox oxunanlar