Xəzər Xəbər

Evindən 2,5 kq. narkotik və silah aşkarlandı - VİDEO

Veb TV | 19:37 • 25 Mart 2017
Evindən 2,5 kq. narkotik və silah aşkarlandı -

Neftçala rayon polis şöbəsinin əməkdaşları narkotik aşkar edib. Rayon sakinindən marixuana və qanunsuz saxlanılan 2 ov tüfəngi maddi sübut kimi götürülüb.

Xezerxeber.az-ın məlumatına görə, sellofon torbalardan, bankalardan , kibrit qutularından narkotik çıxıb.

Daxil olmuş məlumat əsasında Neftçala rayon polis şöbəsinin əməkdaşları tərəfindən Qaralı kəndində əməliyyat-axtarış tədbirləri keçirilib. Nəticədə kənd sakini, 42 yaşlı Nizami Dadanov şübhəli şəxs qismində saxlanılıb. Sonra onun yaşadığı fərdi yaşayış evinə baxış keçirilib.

4 ildir narkotik istifadəçisi olduğunu deyən Nizami Dadanov narkotik tərkibli maddələri sellofan torbalara, bankalara və kibrit qutularına yığaraq evin birinci mərtəbəsində qaranlıq otaqda görünməyən yerdə gizlətdiyini bildirib.

Evə baxış zamanı narkotik maddələrlə yanaşı, sənədləri olmayan iki ov tüfəngi də aşkarlanıb. Hal şahidlərinin iştirakı ilə 2,5 kiloqram həcmində olan narkotik tərkibli qurudulmuş marixuana və ov tüfəngləri maddi sübut kimi götürələrək polis şöbəsinə aparılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar