Xəzər Xəbər

Məcburi köçkün ailəsi 24 ildir yaşadığı evdən çıxarılır - VİDEO

Veb TV | 19:39 • 24 Mart 2017
Məcburi köçkün ailəsi 24 ildir yaşadığı evdən çıxarılır -

Məcburi köçkün ailəsi 24 ildir yaşadığı evdən çıxarılır. Buna səbəb paytaxtın Nərimanov rayonu Qarabağ küçəsindəki evin plana düşməsidir.

Xezerxeber.az məlumat verir ki, söküntü və yeni binanın tikintisini aparacaq şirkət evin rəsmi sahibi ilə müqavilə bağladığından onlar yersiz qalacaq.

Söküntünü aparacaq şirkətlə imzalanan müqaviləyə əsasən tikinti aparılacaq müddətdə kirayə pulu evin rəsmi sahibinə ödənəcək və tikinti başa çatdıqda ona yeni ev veriləcək. Artıq qonşuluqdakı bir çox evlər boşaldılıb və sakinlər kirayə mənzillərə köçürülüb.

Məsələ ilə bağlı Nərimanov rayon İcra Hakimiyyətinin Təsərüfat şöbəsinin müdiri Hüseyn Cəfərovun "Xəzər Xəbər”ə verdiyi açıqlamaya görə, həmin ailə yaxın günlərdə yataqxanada mənzillə təmin ediləcək və yaşayış üçün bütün şərait yaradılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti