Xəzər Xəbər

Atlı qız Facebook sayəsində yolda qalan sürücünü xilas etdi VİDEO

Veb TV | 14:04 • 10 Mart 2017
Atlı qız Facebook sayəsində yolda qalan sürücünü xilas etdi

Kanadada çərşənbə axşamı günü baş verən hadisə hər kəsdə maraq doğurub. Belə ki, Facebook-da canlı yayımda yük maşını sürücüsünün Brandon şəhəri yaxınlığında çətin vəziyyətə düşdüyünü görən qadın, atına minərək ona isti qəhvə və yemək gətirib.


Buz və qarın üstündə 4 km yol qət edən 18 yaşlı Eylin bununla bağlı deyir: «Düşündüm ki, mən nəsə etməliyəm. Termosa qəhvə tökdüm və atı yəhərlədim».


Məlum olub ki, sürücü Vinniqep sakini Piter Duqlasdır. O, Brendon şəhərindən Buseveynə gedirmiş və yolun yarısında əlverişsiz hava şəraitinə görə, çətin vəziyyətə düşüb. Lakin Duqlas ümidini itirməyib: «Ailəm, rəhbərliyim və Facebook istifadəçiləri mənim harda olduğumu bilirdilər».


Sürücü bütün gecəni avtomobildə keçirir, səhəri isə xoş sürprizlə qarşılaşır: «İlk gördüyüm şey at üstündə gənc qız idi. O, mənə isti qəhvə gətirmişdi», - deyə o, bildirir. Qız ikinci dəfə ona su və yemək gətirəndə isə daha çox təəccüblənir…


Facebook istifadəçilərindən biri bu xilasedicinin fotosunu skrinşot edib və şəkil bütün şəbəkədə yayılıb.


Eylin isə sadəcə kömək etmək istədiyini, onun və atının bu qədər diqqət çəkəcəyini düşünmədiyini deyir.



Xəbər lenti