Xəzər Xəbər

Xiaomi ağıllı eynək icad etdi - Baxdığını, gördüyünü videoya çəkir FOTO

Texnologiya | 17:15 • 2 Avqust 2022
Xiaomi ağıllı eynək icad etdi - Baxdığını, gördüyünü videoya çəkir
Dünyaca məşhur Xiaomi şirkəti ağıllı eynək istehsal edib.
 
Mijia Glasses Camera əslində videokamera və tərcüməçi funksiyasını daşıyan cihazdır.
 
Eynək 50 və 8 meqapikselli video və foto üçün 2 kamera ilə təmin edilib.
 
Kamera və mikrofon sistemi ilə qadcet video çəkir, sonra materialı smartfonun yaddaşına köçürmək olur. Belə ki, insan eynəyi taxıb, video çəkilişi işə salarsa, baxdığı hər şeyi yaddaşa köçürəcək.
 
Eləcə də əcnəbi dildə olan danışığı tərcümə edərək, ekrana mətn şəklində gətirir.
 
Eynək maqnit enerji təminatı olan batareya ilə təmin edilib.
 
Hazırda ilk buraxılışda qiyməti 400 dollardır.
 
Kütləvi satışa çıxarıldıqda bir qədər baha ola bilər.
 

Xəbər lenti