Xəzər Xəbər

Telefonunuzda bu proqram varsa, dərhal silin - Əks halda...

Dünyanın iki ölkəsinin sakinləri yeni casus proqramlarının qurbanı olublar
Texnologiya | 16:50 • 24 İyun 2022
Telefonunuzda bu proqram varsa, dərhal silin - Əks halda...

İtaliya və Qazaxıstanda “Android” və “iOS” smartfon istifadəçilərinin quraşdırdıqları zərərli proqram onların cihazlarından məxfi məlumatları oğurlayıb. Bu yeni hücumla bağlı hesabat “Google” bloqunda peyda olub.

Zərərli proqramların yayılmasına İtaliyanın “RCS Labs” şirkətinin cavabdeh olduğu bildirilir.

Qeyd olunur ki, qurban onun hesabına girişin itirildiyi barədə mesaj alır və onu bərpa etmək üçün saxtakarların göndərdikləri linki izləməsi təmin olunur. Linkə basdıqda qurban məşhur xidmətlərin interfeysini imitasiya edən saxta saytlarla üzləşir. Məsələn, bu keçidlərdən biri saxta “Samsung” veb-saytına gətirib çıxarır ki, oradan şirkətin “xüsusi” proqramını yükləmək lazım gəlir.

İstifadəçi “Android” cihazından istifadə edibsə, onun smartfonuna quraşdırma apk-faylı endirilir. Bundan sonra istifadəçi proqrama şəbəkəyə, istifadəçi məlumatlarına, kontaktlara və cihazın daxili yaddaşına daxil olmaq üçün icazələr verir.

Mənbə: Gazeta.ru

Xəbər lenti