Xəzər Xəbər

"LinkedIn" istifadəçilərinin məlumatları ələ keçirildi - Kiber hücumlar olacaq

Texnologiya | 14:45 • 9 Aprel 2021
"LinkedIn" istifadəçilərinin məlumatları ələ keçirildi - Kiber hücumlar olacaq

"Ötən həftə ortaya çıxan "Facebook" məlumatlarından sonra 740 Milyon istifadəçisi olan "LinkedIn" platformasından 500 Milyon istifadəçinin məlumatı hakerlər tərəfindən internetə sızdırılıb". 

Bu barədə texnobloger Fərid Pərdəşünas bildirib. 
 
O, baş verənlərdən sonra kiber hücumların olacağını istisna etməyib:
 
"LinkedIn" tərəfi məlumatı təsdiqləyib və necə baş verməsindən hələ ki xəbər yoxdur. Sızan məlumatlar arasında istifadəçi ID-ləri, email adresləri, istifadəçilərin çalışdıqları yerlər barəsində məlumat, sosial şəbəkə hesablarına keçid linkləri yer alır. Ehtimal olunur ki, bu məlumatlar əsasında şirkətlərə kiber hücumlar baş verə bilər"./Sfera.az 

Xəbər lenti