Xəzər Xəbər

Tvitterdən gözlənilməz qərar: bir neçə dildəki hesabları donduruldu

Texnologiya | 17:01 • 31 Mart 2020
Tvitterdən gözlənilməz qərar: bir neçə dildəki hesabları donduruldu

İranın dini lideri Ayətullah Əli Xameneinin Tvitter hesabları dondurulub.

Dini liderin bir neçə dildə fəaliyyət göstərən hesablarına daxil olmaq istəyənlər "Hesab dondurulub. Tvitter, Tvitter qaydalarını pozanları dondurur” sözləri ilə qarşılaşıblar.

Xameneinin fars və ingiliscə hesabları qısa müddət sonra açılsa da, ərəb, urdu və fransız dilindəki hesabları hələ də bağlıdır.

Tvitter və Xamenei hələ ki, məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Qeyd edək ki, bu, ilk belə hal deyil./publika.az

Xəbər lenti