Xəzər Xəbər

7 kameralı smartfonun patenti alındı

Texnologiya | 09:32 • 11 Oktyabr 2018
7 kameralı smartfonun patenti alındı

LG şirkəti 7 kameraya sahib smartfonun patentini əldə edib.


bununla bağlı ABŞ-ın ticarət nişanları və patentləri üzrə komissiyasına 2016-cı ildə müraciət edilsə də, yalnız bu il müsbət cavab verilib.


Bir həftə öncə 5 kameraya sahib "LG V40 ThinQ” adlı smartfonunu təqdim edən LG şirkəti bu patent sayəsində yaxın gələcəkdə 7 kameralı telefon da hazırlaya biləcək.


Patent sənədlərində 7 kameraya sahib smartfon xarici görünüşcə 2015-ci ildə satış çıxmış "LG G4” modelinə bənzəyir. Smartfon 4 arxa kameraya və 3 ön kameraya sahibdir. Arxa paneldəki kameralar "Huawei Mate 20 Pro”dakı kimi kvadrat şəklində yerləşdirilib. Ön paneldəki kameralar isə bir sıra üzrə yerləşdirilib.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024

Çox oxunanlar