Xəzər Xəbər

“Nokia 9” təqdimata hazırdır - FOTO

Texnologiya | 15:02 • 20 Fevral 2018
“Nokia 9” təqdimata hazırdır -

İnternetdə yeni "Nokia 9” flaqman smartfonunun fotoları yayılıb. Cihazın rəsmi təqdimatı Barselonada təşkil olunan "MWC 2018” sərgisi çərçivəsində, fevralın 25-də keçiriləcək. Smartfon ikili ön və arxa kamera ilə təchiz olunub. Ön kamera 13 meqapiksel, arxa kamera 5 meqapikseldir. Displeyin diaqonalı 5,5 düymdür, ekranın küncləri mailidir. Cihazın nazik çərçivəsi var. Barmaq izi skaneri arxa paneldə yerləşdirilib. Smartfon "Qualcomm Snapdragon 845” prosessoru və "Android 8.0 Oreo” əməliyyat sistemi ilə işləyəcək. Operativ yaddaş 6-8 Gb, daxili yaddaş 64-128 Gb olacaq. (İKT.lent.az)

Xəbər lenti

Çox oxunanlar