Xəzər Xəbər

Haker xüsusi proqramla "zapravka"dan benzin oğurlayıb - Ağlasığmaz olay

Texnologiya | 11:55 • 22 Yanvar 2018
Haker xüsusi proqramla "zapravka"dan benzin oğurlayıb -

Rusiyada haker xüsusi proqramla yanacaqdoldurma məntəqələrindən (YDM) benzin oğurlayıb.

Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb. Bildirilir ki, haker hazırladığı xüsusi kompüter virusu ilə yüz milyonlarla rublluq benzin oğurlayıb. Hakerin hazırladığı bu virus YDM-lərdən benzin dolduran avtomobillərin çəninin tam dolmasına maneə olub və benzinin təxminən 7 faizi oğurlanıb.

Stavropoldakı Denis Zayev adlı haker həmin virusu YDM sahiblərinə təklif edib və oğurlanan benzinə görə komissiya alıb. Bu yolla yüz milyonlarla rubl qeyri-qanuni qazanc əldə edildiyi müəyyən olunub. Saxlanılan haker fırıldaqçılıqda ittiham edilib. (AZƏRTAC)

Xəbər lenti