Xəzər Xəbər

Çində robot ali məktəblərə qəbul imtahanında iştirak edib

Texnologiya | 12:35 • 8 İyun 2017
Çində robot ali məktəblərə qəbul imtahanında iştirak edib

Çinin Çendu şəhərində "AI-MATHS” adlı robot ölkədə ali məktəblərə qəbul üçün riyaziyyat fənni üzrə imtahanda iştirak edib.

"Chengdu Zhunxingyunxue Technology” şirkətinin mütəxəssislərinin hazırladığı robot internetin köməyi olmadan 22 dəqiqəyə 150 mümkün baldan 105 bal toplaya bilib. Şirkətin icraçı direktoru bildirib ki, həmin test imtahanında sualları insan ən yaxşı halda 2 saata cavablandıra bilərdi.

Həmin robot fevralda eyni test imtahanında 93 bal toplaya bilmişdi. Qeyd etmək lazımdır ki, ali məktəbə qəbul üçün riyaziyyatdan keçid balı 90-dır. (AZƏRTAC)

Xəbər lenti