Xəzər Xəbər

Məşhur müğənni sənətdən gedir - ÖZÜ DANIŞDI FOTO

Şou Biznes | 09:55 • 23 İyul 2022
Məşhur müğənni sənətdən gedir - ÖZÜ DANIŞDI

Mərhum dostu Kayahanla 15 il küsülü qalan, Türkiyənin populyar müğənnisi Nilüfer sənətdən getmək qərarı alıb.

O, bu barədə özü açıqlama verib. İfaçı bildirib ki, musiqiyə tezliklə vida edəcək: 

"Nə az, nə çox - 50 il... Bəzən özümdən sıxılıram və insanlar da məndən sıxılmamış dayandırmaq lazımdır. Musiqiyə vida vaxtı yaxınlaşır".

Qeyd edək ki, onun ifa etdiyi "Caddelerde rüzgar", "Son arzum", "Karar verdim" kimi bir çox mahnıları məşhurdur. Onun mərhum sənətçi Kayahanla münasibət yaşadığı bir vaxtlar mediada dolaşırdı. 

Xəbər lenti