Xəzər Xəbər

Məşhur aktyor “Sen çal kapımı”da FOTO

Şou Biznes | 17:30 • 9 Mart 2021
Məşhur aktyor “Sen çal kapımı”da

Bir müddət əvvəl reytinq göstəricilərinin aşağı düşdüyü və buna görə final edəcəyi bildirilən "Sen çal kapımı" serialı aktyor heyətini genişləndirir.

XəzərXəbər axşam.az-a istinadən bildirir ki, yay aylarından etibarən yayımlanmağa başlayan ekran işinə yeni sima daxil olacaq. Bu məşhur aktyor Sinan Albayrakdır. O, serialda Kemal Özcan obrazına həyat verəcək.

Xatırladaq ki, ekran əsərinin baş rollarında aktyorlar Kerem Bürsin və Hande Erçel çəkiliblər. Serialda Serkanla Eda adlı iki şəxsin məhəbbət macərasından bəhs edilir.

Xəbər lenti