Xəzər Xəbər

Türkiyəli aktrisa Hollivud ulduzu ilə filmə çəkilir

Şou Biznes | 18:04 • 9 Mart 2021
Türkiyəli aktrisa Hollivud ulduzu ilə filmə çəkilir

Səhhəti ilə bağlı problemlər yaşayan türkiyəli aktrisa Neslihan Atagül Doğulu Hollivud ulduzu ilə eyni filmdə rol alacaq.

“Takvim” xəbər verir ki, ötən həftələrdə ABŞ-ın ən çox oxunan “HOLA! USA!” jurnalının üz qabığına çəkilən aktrisaya sürpriz təklif gəlib.

Belə ki, sevilən aktrisa dünyaca məşhur amerikalı həmkarı Penelopa Kruz və ispaniyalı aktyor Luis Tosarın baş rolları paylaşdığı “En Los Margenes” filmində oynayacaq.

Filmin çəkilişləri bu ilin dekabrında başlayacaq.

Xatırladaq ki, N.Atagül səhətində yaranan problemlərlə əlaqədar “Sefirin Kızı” serialından ayrılmışdı./oxu.az

Xəbər lenti

Çox oxunanlar