Xəzər Xəbər

Hadisənin sevgilisi qəlbləri FƏTH ETDİ

Şou Biznes | 10:53 • 20 Avqust 2020
Hadisənin sevgilisi qəlbləri FƏTH ETDİ

Müğənni Hadisənin sevgilisi, maska fabrikinin şəriki olan aktyor Kaan Yıldırım maska satışlarından əldə edilən gəlirin bir hissəsini Bənövşəyi Damlı Qadın Sığınacaq Fonduna bağışlayacaq.


Türkiyə mətbuatı xəbər verir ki, bundan əvvəl uşaqlar üçün "Toz təbaşir” adlı kampaniyaya başlayan aktyor bacardığı qədər sosial layihələri dəstəkləməyə çalışdığını deyib:


"Təəssüf ki, son aylarda qadınlara qarşı zorakılığın artdığını görürəm. Bu səbəblə Bənövşəyi Damlı Qadın Sığınacaq Fonduna dəstək olmaq istədim. Qadınların cinsi ayrı-seçkilik olmadan, kişilərlə azad və bərabər, eyni zamanda zorakılıqdan uzaq bir həyat yaşamağın vacibliyini hər gün daha çox başa düşürük. Maskanın satışından əldə edəcəyimiz gəlirin bir hissəsi ilə Bənövşəyi Damlı Qadın Sığınacaq Fonduna dəstək verəcəyik”./Publika.az

Xəbər lenti