Xəzər Xəbər

Aleyna Tilki 1,5 milyon qazanacaq

Şou Biznes | 12:08 • 19 Aprel 2019
Aleyna Tilki 1,5 milyon qazanacaq

Türkiyənin məşhur ulduzları Yalın və Kənan Doğulu kimi şəxslərlə çalışan dondurma firması bu il müğənni Aleyna Tilkini öz siması edib.

Şirkətin ifaçıya reklam mahnısı üçün 1,5 milyon lirə ödəyəcəyi bildirilir.

Reklam çarxı yaz aylarında yayımlanacaq. Aleyna Tilki rəngli və keyfiyyətli dünyanın onun istədiyi enerjini hiss etməsi üçün şərait yaratdığını açıqlayıb.

Müğənninin sosial şəbəkə hesabında gül kələminin fotosunu çəkərək ilginc qeyd yazması izləyicilərin diqqətini çəkib. İfaçı gül kələmini yediyi üçün çox şanslı olduğunu qeyd edib./teleqraf


Xəbər lenti