Xəzər Xəbər

Realda kök, İnstaqram-da arıq Şəbnəmin fotoşop sevgisi

Şou Biznes | 14:52 • 14 Noyabr 2018
Realda kök, İnstaqram-da arıq

Müğənni Şəbnəm Əsədova (Tovuzlu) son günlər fotoları ilə müzakirələrə səbəb olub.

XəzərXəbər axşam.az-a istinadən xəbər verir ki, sənətçi bir çox tədbirlərdə fotoqraflar tərəfindən görüntülənib. Amma nədənsə ifaçı özünün paylaşdığı şəkillərdə daha arıq görünür. Fotoqrafların lentə aldığı şəkillərdə isə sənətçinin xeyli artıq çəkisinin olduğu diqqətdən qaçmır.

Şəbnəm özü də yayımladığı fotolarında hər dəfə fərqli ölçüdə görünür. Müğənni fotoşopdan istifadə edərək düzəltdiyi görüntülərində özü də bir ölçünü "tutuzdura" bilmir. Bəzən Əsədova özünü çox arıq, bəzənsə orta çəkidə edir.

Hətta sənətçinin bəzi şəkillərdə boyunu da uzatdığı diqqətdən qaçmayıb. Şəbnəm özünü çox arıqlatdığı şəkillərini paylaşanda isə şərh yerini bağlayır.

Qeyd edək ki, son günlər ifaçıların əksəriyyəti şəkillərini fotoşop etməklə gündəmə gəliblər.

Xəbər lenti