Xəzər Xəbər

“Döyməmişəm, foto estetikdən sonra çəkilib”

Şou Biznes | 11:39 • 29 May 2018
“Döyməmişəm, foto estetikdən sonra çəkilib”

Türkiyəli aktyor Berk Oktay xanımı Merve Şarapçıoğluya şiddət göstərməsi barədə yayılan xəbərlərə münasibət bildirib. "Qafqazinfo” xəbər verir ki, serial və kino ulduzu ona böhtan atıldığını qeyd edib:

"Döyməmişəm. Sosial şəbəkədə paylaşılan üzü sarıqlı fotolar 6-7 il əvvəl çəkilib. Merve o vaxtlar estetik etdirmişdi, şəkli də o dövrdə çəkmişdi. İndi ayrılırıq, ortada mübahisəli bir boşanma prosesi var. Bu dövrdə hamı ittihamlar səsləndirir,bu işlərlə vəkilim məşğul olur”.

Qeyd edək ki, Merve instaqramda foto yayımlayaraq "Ərim məni döyüb. Mənə güvənmədiyi üçün bütün pullarını ailəsinə verirdi” – deyə şərh yazmışdı.

O, daha sonra səhifəsinə hakerlərin hücum etdiyini açıqlamışdı.



Xəbər lenti