Xəzər Xəbər

Səhnədə işiq saçan Ebru Gündeş mahnılarını QIZIL MİKROFONLA oxudu

Şou Biznes | 12:08 • 16 Oktyabr 2017
Səhnədə işiq saçan Ebru Gündeş mahnılarını

Ebru Gündeş qızıl mikrofonu ilə gündəm yaradıb.

Ebru Gündeş dünən Türkiyənin məşhur restoranlarından birində səhnəyə çıxıb. Müğənni mahnılarını Beyons, Şakira, Cennifer Lopes kimi dünya ulduzlarının istifadə etdiyi qızıl mikrofonla oxuyub.

Məlum olub ki, mikrofon xüsusi olaraq Ebru üçün Amerikada istehsal edilib. "Sennheiser" markasından olan SKM 9000 Custom model mikrofon 22 əyar qızılla örtülüb. Mikrofonun qiyməti 9 min dollardır.

Səhnədə işıq saçan sənətçinin cavanlaşdığı və gözəlləşdiyi də diqqətdən qaçmayıb./publika.az

Xəbər lenti