Xəzər Xəbər

Lənkəranda 19 yaşlı gənci öldürən şəxs iş yoldaşı olub

Region | 10:39 • 18 Noyabr 2022
Lənkəranda 19 yaşlı gənci öldürən şəxs iş yoldaşı olub

Noyabrın 17-i saat 23 radələrində Lənkəran şəhəri, Füzuli küçəsində Cəlilabad rayon sakini 2003-cü il təvəllüdlü Tosif Nəsirovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.  

Lənkəran Rayon Prokurorluğundan xezerxeber.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin iş yoldaşı, 1992-ci il təvəllüdlü Seymur Bayramlının şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla ürək nahiyəsinə xəsarət yetirərək Tosif Nəsirovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Seymur Bayramlı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. 

İş üzrə istintaq davam edir.

Xəbər lenti

Çox oxunanlar