Xəzər Xəbər

Polis tələbənin qətli ilə bağlı açıqlama yaydı

Hadisədə şübhəli bilinən şəxs saxlanılıb
Region | 10:10 • 18 Noyabr 2022
Polis tələbənin qətli ilə bağlı açıqlama yaydı

Daxili İşlər Nazirliyi Lənkəran rayonu ərazisində 19 yaşlı gəncin qətlə yetirilməsi ilə bağlı məlumat yayıb.

DİN-in mətbuat xidmətindən xezerxeber.az-a verilən xəbərə görə, noyabrın 17-də gecə saatlarında Lənkəran rayonu ərazisində Cəlilabad rayon sakini, 2003-cü il təvəllüdlü Tosif Nəsirovun ölümü ilə rayon polis şöbəsinə məlumat daxil olub.

Araşdırmalarla Lənkəran şəhər sakini, 1992-ci il Seymur Bayramlının şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Tosid Nəsirova bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən S.Bayramlı saxlanılaraq istintaqa verilib.

Araşdırmalar davam etdirirlir.

Xəbər lenti