Xəzər Xəbər

Azərbaycanda zəncirvari qəza - Ölən və xəsarət alanlar var FOTO

Region | 18:42 • 2 Avqust 2022
Azərbaycanda zəncirvari qəza - Ölən və xəsarət alanlar var

Sabirabad rayonunda ölümlə nəticələnən zəncirvarı yol qəzası baş verib.

Hadisə Sabirabadın Qaragüney kəndində, Şirvan-Salyan magistralında qeydə alınıb.

"Mercedes" markalı minik və yük maşınlarının, “VAZ-2107” markalı minik avtomobilinin toqquşması nəticəsində 1 nəfərin hadisə yerində öldüyü, 6 nəfərin xəsarət aldığı bildirilir.

Xəsarət alanlar Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (apa) 

 

Xəbər lenti