Xəzər Xəbər

Mingəçevirdə dəhşətli hadisə - Ata xəstə qızını dirəyə bağlayaraq işgəncə verib

Həmin şəxs həbs edilib
Region | 12:00 • 11 May 2022
Mingəçevirdə dəhşətli hadisə - Ata xəstə qızını dirəyə bağlayaraq işgəncə verib

Mingəçevirdə qızına işgəncə verən ata həbs edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, mayın 10-u saat 12 radələrində Mingəçevir şəhərində yaşayan 2003-cü il təvəllüdlü A.M-nın atası tərəfindən qanunsuz azadlıqdan məhrum edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1978-ci il təvəllüdlü N.M-nın psixi xəstəlikdən əziyyət çəkən, kənar şəxslərin qulluğuna ehtiyacı olan qızını fiziki zor tətbiq edib döyməklə yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən dəmir dirəyə bağlamasına, həmçinin evin zirzəmisində saxlayıb aclığa məruz qoyub əzab verməsinə əsaslı şübhələr müəyyən edilib.