Xəzər Xəbər

Lənkəranda mal-qara oğrusu saxlanılıb FOTO

Region | 11:52 • 19 Yanvar 2022
Lənkəranda mal-qara oğrusu saxlanılıb

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədirləri nəticəsində mal-qara oğurluqları törədən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, Lənkəran rayonunun Xanbulan kəndi ərazisindəki evlərdən birinin həyətindəki tövlədən 2 baş iribuynuzlu heyvanın oğurlandığı barədə Şəhər Rayon Polis Şöbəsinə müraciət daxil olub. 

Keçirilən əməliyyat-axtarış tədbirləri ilə həmin heyvanları oğurlamaqda şübhəli bilinən Xanbulan kənd sakini, əvəllər məhkum olunmuş Əmrah Məmmədli saxlanılıb.

Araşdırmalarla onun Bürcəli kəndindəki daha bir fərdi evin həyətindən iribuynuzlu heyvanı oğurladığı məlum olub. Ə.Məmmədlinin oğurladığı 3 baş heyvanı öz mal-qarası kimi təqdim edərək borclu olduğu şəxsə həmin pulun müqabilində verdiyi müəyyən edilib. Həmin heyvanlar aşkarlanaraq sahiblərinə qaytarılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti